9 C
Baku
23 Dekabr 2024, 3:58
Baş xəbər

Aydın Hüseynov: “Qərar ətin qiymətinin aşağı düşməsinə kömək olacaq”

Bugün.tv-yə müsahibə verən millət vəkilinin sözlərinə görə “son illərdə ölkəmizdə heyvandarlığın inkişafı, sığortası və yeni təsərrüfatların yaradılması istiqamətində mühüm addımlar atılır. Eyni zamanda, bu sahədə heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, vahid sənədləşmənin tətbiq edilməsi ilə bağlı tədbirlər görülməkdədir. Bu günlərdə hökumətin qərarı ilə heyvandarlıqla məşğul olan sahibkarların identikləşdirilmə üçün tələb olunan müvafiq sənədlərdə təkmilləşdirmələrin aparılması sahibkarların xərclərinin azaldılmasına xidmət edir. İdentikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq. Bu isə sahibkarların xərclərinin aşağı düşməsi və ətin bazarda satış qiymətinin tam sabitliyi, hətta ucuzlaşmasına imkan yaradacaq”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Nazirlər Kabinetinin baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında qərarında dəyişiklikləri şərh edərkən bildirib.

O qeyd edib ki, “əvvəlki qaydalara əsasən hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” qanunda 20 manat dövlət rüsumu nəzərdə tutulub. Dəyişiklik nəticəsində hər bir heyvana görə batarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq.

Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaqdır. Belə ki, bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq ki, bu da heyvan ətinin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Məsələn, 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşür. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalır. Bu qərar və dəyişikliklər antiinflyasiya tədbiri kimi ən azı heyvan əti satışında qiymətlərin sabit qalmasına təsir edə bilər”.

A.Hüseynov həmçinin bildirib ki, “hökumət yerli bazarda qiymət sabitliyini təmin etmək üçün müxtəlif iqtisadi alətlərdən istifadə etməklə yanaşı, yerli istehsalın həcminin artırılması və heyvandarlıq təsərrüfatlarının istehsal imkanlarının stimmallaşdırılması istiqamətində də addımlar atır. Son illərdə dövlət dəstəyi tədbirləri sayəsində heyvandarlığın inkişafında müsbət dinamika qeydə alınıb, heyvandarlıq məhsullarının istehsalı ötən il 3 faiz artım qeydə alınıb. Bütün bu tədbirlər heyvandarlıq təsərrüfatlarının genişlənməsinə və yerli istehsalın artması hesabına daxili bazarda qiymətlərin sabitliyinə mühüm töhfə verəcəkdir”.

 

 

 

 

 

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanın İsraildəki diaspor fəalı ravvin Şmuel Simantov Oğuz ictimaiyyəti ilə görüşüb

Bugün TV

Avtomobil körpüdən düşdü: 1 ölü, 1 yaralı var

Bugün TV

8 Noyabr Azərbaycan Qələbə Günü” qeyd olunmaqa başlayıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu