Xankəndi təxribatından sonra politoloq Aydın Quliyev Bugun.tv–yə öz münasibətini bildirib. “Xankəndi-Xələfli-Turşsu yolundə baş verən və hər iki tərəfdən hərbiçilərin itkisi ilə nəticələnən hadisə Ermənistan tərəfinin, sadəcə təxribatı yox, onların təcavüzkar siyasətini hələ də davam etdridiyini göstərən bir hadisədir. Bununla bir daha sübut olunur ki, Azərbaycanın Laçın yolunu tam şəkildə nəzarətə götürməsi və sənədlər üzərində yazılan məqsədlərdən istifadə olunması, nəzarətin təşkili məqsədi tamamilə haqlı və əsaslı imiş. Bu bir daha sübut edir ki, Ermənistan bölgəmizdə sülhün və təhlükəsizliyin bərqərar olmağında maraqlı deyil. Bu dövlət imzalanmış üçtərəfli razılaşmanın müddəalarının heç birini yerinə yetirmək istəyində, iradəsində və iqtidarında deyil. Azərbaycan Laçın yolunun nəzarətə götürülməsi siyasətini davam etdirməlidir. Eyni zamanda bölgəni, sadəcə ekofəalların nəzarəti altında yox, nəzarət buraxılış rejiminin hüquqi vəzifə əsasları ilə yaradılmasına doğru ciddi addımlar atmalıdır. Çünki bu hadisə onu göstərdi ki, bölgədə nəzarət buraxılış məntəqələrinin və nəzarət buraxılış rejiminin tətbiq olunmasına ciddi ehtiyac var. Çünki Ermənistan hərbi siyasi rəhbərliyi Laçın yolunun Azərbaycan tərəfindən nəzarətə götürüldükcə alternativ yollar axtarmağa başlayır və nəticədə belə hadisələr meydana çıxır. Baş verən toqquşmanın və nəticələrinin bütün məsuliyyəti Ermənistanın üzərindədir. Eyni zamanda Rusiyanın sülhməramlı qüvvələri də baş verən hadisədən öz yaxalarını çəkməməlidirlər. Rusiyanın sülhməramlı qüvvələrinin təcavüz məqsədi ilə Laçın yolundan alternativ yol çəkmək cəhdlərinə lazımi qiyməti verilməlidir. Onlar unutmamalıdırlar ki, məsuliyyət, nəinki Ermənistanın həmçinin Rusiyanın sülhməramlı qüvvələrinin də üzərindədir. Azərbaycan Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan bölgələrdə baş verən hər bir hadisəyə görə onları əsas göstərməkdə haqlıdır. Bu qüvvələr baş verən bu instidentdən nəticə çıxartmalı və Ermənistanı imzalanmış sərhədlərin icrasına məcbur etməlidirlər”. Sitatın sonu.
Müəllif: Qaytən Qasımzadə