7 C
Baku
9 Fevral 2026, 14:23
Digər

Ayı hücumları ilə mübarizə aparmaq üçün lisenziyalı ovçular işə götürüləcək

Yaponiya hökuməti ölkə daxilində artan ayı hücumları ilə mübarizə aparmaq üçün yeni lisenziyalı ovçular işə götürməyi planlaşdırdığını açıqlayıb.

“The Japan Times” qəzetinin məlumatına görə, Baş Nazirlər Kabinetinin katibi Kihara Minoru bildirib ki, Yaponiyanın şimalında ayıların sayının artması aprel ayından bəri 12 nəfərin ölümünə səbəb olub və bu da ölkədə ciddi təhlükəsizlik problemi yaradır.

Ətraf mühit, təhsil, kənd təsərrüfatı, daxili işlər, nəqliyyat və müdafiə nazirləri Milli İctimai Təhlükəsizlik Komissiyası ilə birlikdə bu hücumlara qarşı mümkün tədbirləri müzakirə etmək üçün hökumət iclasında bir araya gəliblər.

İclas zamanı hökumət üzvləri fövqəladə hallarda ayıları vura bilən personalın sayının artırılması, ov lisenziyası olan yerli ovçuların işə götürülməsi və parlamentə təqdim ediləcək əlavə büdcədə bu məqsədlə vəsait ayrılması məsələlərini müzakirə ediblər.

Təhsil naziri Yohei Matsumoto məktəb həyətlərində son zamanlar ayıların müşahidə olunmasını qeyd edib və uşaqların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Yohei məktəb administrasiyalarının və yerli polis bölmələrinin əməkdaşlıq edəcəyini və uşaqların təhlükəsizliyi tədbirlərini gücləndirəcəyini bildirib.

Müdafiə naziri Şinjiro Koizumi bildirib ki, əsgərlər Akita Prefektura Hökuməti ilə əməkdaşlıq çərçivəsində ərazidə ayıların tutulmasına dəstək verəcəklər.

Aprel-sentyabr ayları arasında 19 nəfərin yaralandığı və ya öldüyü Akita prefekturasında vəziyyətin ciddiliyi hərbi yardım tələbinə səbəb oldu.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu