8 C
Baku
21 Fevral 2026, 19:17
Digər

Ayı hücumlarından ölənlərin sayı rekord həddə çatıb!

Yaponiyanın kənd yerlərində tez-tez ayı hücumları həyəcan verici səviyyəyə çatıb. Yaponiyanın Ətraf Mühit Nazirliyinin məlumatına görə, aprel ayından bu yana 7 nəfər hücumlar nəticəsində həyatını itirib. Bildirilir ki, bu, 2006-cı ildə statistika başlayandan bəri ən yüksək rəqəmdir. Ölənlərin daha çox şimal-şərq bölgələrində və Hokkaydonun şimalında baş verdiyi bildirilir. Bu il ayı hücumlarında yaralananların sayının 100-ə çatdığı da bildirilib.

Qeyd olunub ki, ötən ilin eyni dövründə ayı hücumundan beş ölüm hadisəsi qeydə alınıb.

Mütəxəssislər ayı hücumlarının ümumiyyətlə payızda, ayılar qış yuxusuna getməmişdən əvvəl artdığını qeyd edərək, ac ayıların yaşayış məntəqələrinə doğru irəlilədiyi barədə xəbərdarlıq ediblər. Kənd yerlərində əhalinin azalması da ayı hücumlarının artmasında mühüm amildir.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu