21 C
Baku
15 Mart 2025, 11:57
Baş xəbər

Ayın 24-də gözlənilən hava şəraiti

Hava haqqında

Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata əsasən, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14°, gündüz 18-22°, bəzi yerlərdə 25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütuna enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Narkotik satan şəxs saxlanıldı

Kəmalə Sultan

Məlahət İbrahimqızı və çoxunun favoriti Tural Abbaslıdan eyni dairədən namizəd olmalarıyla bağlı qısa açıqlama

Bugün TV

Yaponiya vəliəhd şahzadəsi Fumihito və şahzadə Kiko dekabrda Türkiyəyə gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu