Bugun.tv xəbər verir ki, Antalyada Ayın dünyaya ən yaxın olduğu və normaldan daha parlaq müşahidə edildiyi ‘Mavi Ay’ səmada zirvəsinə çataraq ən parlaq və ən böyük formada müşahidə edilib. Astronomlar tərəfindən bir təqvim ayında ikinci tam ay kimi; Mavi Ay olaraq təyin olunan nadir təbiət hadisəsi maraqla izlənilib. Ayın bənzərsiz mənzərəsini izləyənlər həmin anları lentə alıblar. Avqustun ilk tam ayı avqustun 1-də baş verir, avqustun 30-da baş verən ikinci tam ay isə Mavi Ay olaraq təyin olunur.
TRT Haberin məlumatına görə, “Mavi Ay” əslində mavi rəngdə olmasa da, bu termin bir ayda ikinci tam aya aiddir. Normalda super aylar orta tam aydan təxminən 16 faiz daha parlaq və 7 faiz daha böyük görünür.
Müxbir: Şəms Elnurqızı