Yeni analiz zamanı məlum olub ki, Ayın səthində müxtəlif sahələrdə su və hidroksil izləri aşkar edilib.
Son zamanlar Ayın səthində aparılan araşdırmalarda yeni tapıntılar ortaya çıxmağa başlayıb.
Çox quru bir quruluşa malik olan Ayın səthində son araşdırmalar su əlamətlərinin ola biləcəyini ortaya çıxarıb.
Planet Elmləri İnstitutundan planetşünas Rocer Klark mövzu ilə bağlı verdiyi açıqlamada son tapıntıları qiymətləndirərək, “Astronavtlar gələcəkdə bu su ilə zəngin bölgələrdən istifadə edərək, Ayın ekvatoruna yaxın bölgələrdə belə su tapa bilərlər. Daha əvvəl, su yalnız qütb bölgələrində və xüsusən də dərin kölgəli kraterlərdə bolca tapıla bilərdi” deyib.
AYIN KRATERLƏRİNDƏ SU GİZLƏNİR
Əvvəlki araşdırmalar ayın kraterlərində böyük miqdarda suyun gizləndiyini irəli sürmüşdü.
Bu dərin kraterlər Günəşin işığına və istiliyinə məruz qalmadıqları üçün metr qalınlığında buz anbarları ola bilər.
Lakin Clark və komandasının yeni araşdırmaları göstərir ki, su və hidroksil (bir oksigen və bir hidrogen atomundan ibarət molekul) Ayın səthindəki qayaların və torpağın mineral strukturunda mövcuddur.
NASA-nın “Chandrayaan-1” kosmik gəmisi ilə bağlı Moon Mineralogy Mapper (M3) məlumatlarını araşdıran elm adamları Ayın bütün enliklərində su izləri aşkar ediblər.
Xüsusilə, ayın səthinə meteorların zərbələrinin su ilə zəngin süxurları ortaya çıxardığı müşahidə edilib.
Tədqiqat qrupu, suyun Ay səthində qalıcı olmadığını, günəş küləklərinin milyonlarla il ərzində suyu məhv etdiyini, lakin bu prosesin hidroksili geridə qoyduğunu müəyyən edib.
Günəş küləyinin hidrogeni Ay səthinə daşıyaraq bu molekulun əmələ gəlməsinə töhfə verdiyi də qeyd edilib.
Bu tapıntılar ayın mürəkkəb geologiyaya malik olduğunu və həm toqquşmaların, həm də vulkanik fəaliyyətin su ilə zəngin materialları səthə daşıya biləcəyini ortaya qoyur.
Araşdırmanın nəticələri The Planetary Science Journal-da dərc olunub.
Mənbə: EnSonHaber