20 C
Baku
9 Sentyabr 2025, 7:02
Baş xəbərDünya

Ayın səthinə enəcək “Vulkan Kentavr” zondu kosmosa buraxıldı

“Boeing” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan “United Launch Alliance” (ULA) yarım əsrdən çox davam edən fasilədən sonra ABŞ-ın Ayın səthinə eniş üzrə ilk cəhdini nümayiş etdirəcək “Vulkan Kentavr” kosmik missiyasını Florida ştatının Kanaveral burnundan fəzaya buraxıb.

Bugun.tv CNN telekanalına istinadla xəbər verir ki, mühərrikləri Ceff Bezosun “Blue Origin” şirkəti tərəfindən hazırlanmış 60 metr hündürlüyündə olan “Vulkan” raketinin göyərtəsində kosmik robotlar firması “Astrobotic” tərəfindən inşa edilən “Peregrine” Aya eniş aparatı var.

“Peregrine” 1972-ci ildə “Apollon”un son missiyasından sonra ABŞ-ın Aya ilk yumşaq enişini həyata keçirəcək. Bu, son illərdə əlçatmaz olan bir uğur hesab edilir. Bu aparat gələcəkdə planlaşdırılan insan missiyalarından əvvəl Ayın səthi haqqında məlumat toplamaq üçün elmi yüklərlə birlikdə fevralın 23-də onun səthinə enəcək.

ULA 2006-cı ildə “Boeing” və “Lockheed”in raket proqramlarının birləşməsindən yaranıb. İki aerokosmik nəhəng bu törəmə şirkətin bütün səhmlərinə sahibdirlər.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Robot sizin yerinizə isti çayı üfürəcək

Aynur Camal

“İran daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir”

Aynur Camal

Traktorun altına düşən 2,5 yaşlı uşaq öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu