29 C
Baku
28 İyun 2025, 19:54
Sosial

Aynur Musayeva: “Müasir dövrdə uşaqlarda özünə güvən çox vacibdir”

“Müasir dünya sürətlə dəyişir, daha dinamikdir, daim yenilənən bilik və bacarıqlar tələb edir. Belə bir şəraitdə uşaqların inkişafı da fərqli yanaşmalar tələb edir. Təbii ki, ilk öncə uşaqların sağlam, sağlıqlı böyüməsi şərtdir. Onları zərərli amillərdən qorumalıyıq, yaşlarına uyğun olaraq bədən tərbiyəsi, idmanla məşğul olmağa təşviq etməliyik. Düzgün valideyn-övlad münasibətlərininin qurulması, sosiallaşmaları üçün əlimizdən gələni etməliyik. Uşaqlarla çox vaxt keçirməliyik, onları dinləməliyik. Təcrübə göstərir ki, valideynlərin övladları ilə birgə vaxt keçirmələri, söhbət edib, birgə oyunlar oynaması, ümumi maraqlarının olması onların inkişafı üçün əhəmiyyətlidir”.

Bugun.tv xəbər verir ki, bu fikri Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva sosial media hesabında qeyd edib.

O bildirib ki, təhsil, fərdi inkişaf övladlarımızın həyatında olduqca vacibdir. Uşaqların yaxşı təhsil alması, davamlı olaraq yeni bilik və bacarıqlara yiyələnmələri üçün əlimizdən gələni etməliyik. Ən asası, uşaqda ailəsinə, ətrafına, insanlara, təbiətə sevgi aşılamalıyıq. Onları aqressiv mühitlərdən uzaq tutmalıyıq, psixologiyalarının zədələnməsinə imkan verməməliyik.

“Uşaqlarda özünə güvəni artırmalıyıq. Müasir dövrdə bu, çox vacibdir. Uşaqların istəyinə hörmətlə yanaşın, onları motivasiya edin, liderlik keyfiyyətinin formalaşmasına, şəxsiyyət kimi yetişməsinə çalışın. Çalışın övladılarınızın istənilən yaşında inkişafına təkan verəsiniz. Onlara kömək edin, təzyiq etməyin. Məhz, bütün bunlar uşaqlara gələcəkdə daha çox uğur qazanmaq şansı verəcək”, -A. Musayeva vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

2023-2024-cü illər üçün “Tədbirlər Planı” imzalandı

Aynur Camal

E-sistemlər üzrə sorğu sayı 109 milyon oldu

Aynur Camal

Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu