“Ailədə uşağın hərtərəfli inkişafı və şəxsiyyət kimi formalaşması asan məsələ deyil. Bəzən müəyyən bir nəticə əldə etmək üçün böyük səy və səbir etmək lazım gəlir. Şəxsiyyətin formalaşmasının sosial institutu kimi ailə böyük əhəmiyyətə malikdir”.
Bugun.tv xəbər verir ki, bu fikri Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva sosial media hesabında yazıb.
A.Musayeva qeyd edib ki, 3 əsas amil uşaqların inkişafına böyük təkan verir: genetika, mühit və tərbiyyə. Bu amillər uşaqların inkişafını ayrı-ayrılıqda şərtləndirir.
Yalnız ailədə bir insan sonrakı həyat üçün lazım olan bacarıqları inkişaf etdirə bilər. Özünü inkişaf etdirmə bacarıqlarına yiyələnən uşaq, güclü təcrübə və özünütəsdiq etmədən tam inkişaf edir. Valideynlər mənəvi təcrübə edirlərsə və ya sadəcə başqa bir şəkildə özləri üzərində işləyirlərsə, oğul və ya qızın həyatda həqiqətən uğurlu bir insan olmaq şansları var. Şəxsiyyət inkişafı həmişə bir çox amillərin təsiri altında tədricən baş verir və bu məsələdə ata-ananın üzərinə böyük məsuluyyət düşür. Unutmaq olmaz ki, valideynlərin uşaqlarla münasibəti yeniyetməlik, gənclik yaşı dövründə də onların formalaşmasında əhəmiyyət kəsb edir.
“Valideynlər övladlarını böyüdərkən cəmiyyətə keyfiyyətli şəxsiyyət qazandırmağa çalışırlar. Bu, həqiqətən çətindir, çünki ən kiçik bir laqeydlik belə uşağınızın psixologiyasında yer tuta bilər və mənfi nəticələrə səbəb ola bilər. İnsanın xasiyyəti tərbiyə yoluna və imkanlarına görə fərqlənir. Ona görə də bu oyunda aparıcı rolu valideynlər oynayır. Ona görə də övlad böyüdən valideyinlər hər zaman diqqətli və qaygıkeş olmalıdırlar”, -A.Musayeva vurğulayıb.