30 C
Baku
28 İyun 2025, 16:43
Baş xəbərİdman

Aynur Rzayeva dünya çempionatının yarımfinalına yüksəlib

Bugun.tv xəbər verir ki, Azərbaycan boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Boks Federasiyasından verilən məlumata görə, boksçumuz 1/4 finalda Selin Li-Lonu (Yeni Zelandiya) mübarizədən kənarlaşdırıb.

Hər 3 raundu xeyrinə bitirən Avropa çempionatının finalçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Rzayeva yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib.

O, bununla da adını Azərbaycanın qadın boks tarixinə yazdırıb. Mundiallarda indiyədək yerli idmançımız bu mərhələyədək irəliləmədiyindən Aynur ilki rəsmiləşdirib. Həmçinin dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığımızdan 9 illik uğursuz seriyaya da son qoyub.

Boksçumuz yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.

Aynur Camal

Oxşar xəbərlər

Infinix INBOOK Air noutbuku artıq satışda

Aynur Camal

Britaniyalılar Şuşada unudulmaz anlar yaşadı – FOTO

Aynur Camal

Paytaxt sakinin avtomobili yandırıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu