Bugun.tv xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cümə günü, mayın 19-da Rusiyanın ev sahibliyi ilə paytaxt Moskvada görüşəcək.
Xəbərə əsasən, iki nazir sülh sazişi üzrə danışıqları davam etdirəcək.
Xatırladaq ki, paytaxt Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin ev sahibliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında martın 1-4-də görüş keçirilmişdi.
Əlavə olaraq qeyd edilib ki, mayın 14-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.
Mənbə: TrtHaber