Bugun.tv– xəbər verir ki, bu gün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü böyük qürur və vətənpərvərlik ruhu ilə qeyd edir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində Şuşa şəhərinin azad olunması Azərbaycanın suverenliyinin bərpasında mühüm mərhələ olub.
Prezident İlham Əliyevin 2020 -ci il 3 dekabr tarixli Sərəncamına əsasən, 8 Noyabr – Zəfər Günü elan edilib. Bu münasibətlə ölkənin bütün bölgələrində rəsmi tədbirlər, anım mərasimləri və vətənpərvərlik aksiyaları təşkil olunur.
Zəfər Günü xalqımızın birliyinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Ali Baş Komandanın qətiyyətli liderliyinin təntənəsi kimi tarixə düşüb. Şəhidlərimizin xatirəsi ölkə boyu dərin hörmətlə yad edilir.
Azərbaycan bu qələbə ilə regionda sülh, təhlükəsizlik və inkişafın təmin olunması istiqamətində yeni dövrə qədəm qoyub.
Biz də Bugun.tv redaksiyası olaraq Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, Vətən uğrunda canından keçən bütün qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq.
