25 C
Baku
20 İyul 2025, 8:00
Baş xəbər

“Azərbaycan beynəxalq hüquq prinsiplərinə uyğun olaraq Qafqazda sülhü və stabilliyi dəstəkləyir”

“Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü kimi Avropa İttifaqının dəstəyi ilə keçiriləcək. “Cənubi Qafqaz və Avropa İttifaqı – çağırışların həlli, imkanların istifadəsi” adlı konfransda iştirak etmək üçün Niderland Krallığının Haaqa şəhərində səfərdəyəm. Sabah Avropa İttifaqı, Azərbaycan, Gürcüstan və Ermənistandan nümayəndələri, ekspertləri bir araya gətirəcək beynəlxalq konfransın gündəliyinə uyğun olaraq, tədbirdə Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin perspektivləri, bölgədə davamlı sülhün dəstəklənməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzulara dair müzakirələr aparılacaq, məruzələr dinləniləcək”.
Bugun.tv xəbər verir ki, bu fikirləri millət vəklil Vüqar Bayramov facebokk hesabında bildirib.
“Çıxışım zamanı dayanıqlı sülhün yalnız ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması, Qarabağda qanunsuz silahlı birləşmələrin tamamilə çıxarılması, kommunikasiyaların o cümlədən Zəngəzur dəhlizinin açılması halında mümkün olması və sülhün regiona faydalarına xüsusi yer ayıracam. Azərbaycan beynəxalq hüquq prinsiplərinə uyğun olaraq Qafqazda sülhü və stabilliyi dəstəkləyir. Bu istiqamətdə də müzakirələri davam etdirir”, – millət vəkili əlavə edib.
Elnarə Dərziyeva

Oxşar xəbərlər

İranlı narkotacirlərin şəbəkəsinə daxil olan daha 6 nəfər saxlanıldı-FOTO

Nigar Məmmədova

Ermənistandan növbəti təxribat! Üç hərbçimiz minaya düşdü  

Bugün TV

Moldova da Ukrayna taxılından imtina etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu