27 C
Baku
28 İyun 2025, 11:20
Baş xəbərDünya

Azərbaycan çətin anlarda Fələstinin yanındadır

Azərbaycan fələstinlilərə yardım əlini uzatmaqda davam edir. İslam Əməkdaşlıq Təşkilatının Ciddə toplantısında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəzzada baş verən humanitar böhrana diqqət çəkib. O, atəşkəsin beynəlxalq hüquqa əsaslanan davamlı sülh prosesinin başlanğıcı kimi əhəmiyyətini vurğulayıb. O, təkrar edib ki, Azərbaycan Fələstin-İsrail probleminin 2 dövlətli həllinin tərəfdarıdır.

“Qardaş Fələstin xalqına hər zaman dəstək göstərməyə hazırıq” deyən Bayramov, Azərbaycanın 2023-cü ildən bəri Fələstinə 2 milyon dollar yardım etdiyini diqqətə çatdırıb.

Azərbaycan Qəzza və Fələstin məsələsində Türkiyə ilə eyni mövqedədir. Azərbaycan prezidenti İlham Əliyev hər fürsətdə deyir ki, “Fələstin dövləti qurulmalı və Şərqi Qüds bu dövlətin paytaxtı olmalıdır”. O, həmçinin bildirir ki, Azərbaycan vasitəçi kimi prosesə töhfə verməyə hazırdır.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Gün ərzində Covid-19a yoluxanların sayı

Aynur Camal

2 helikopter qəzaya uğradı

Bugün TV

“Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin qurulması şanlı zəfərimizin davamıdır”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu