8 C
Baku
22 Dekabr 2025, 5:02
Baş xəbər

Azərbaycan Dövlət Pantomim Teatrı Qırğızıstanda qastrolda oldu

  Bugun.tv-yə daxil olan məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pantomim Teatrı 22-25 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində qastrol səfərində olub.

Pantomim Teatrı Termeçikov adına Milli Dram və Satira Teatrının səhnəsində rejissor Ceyhun Dadaşovun quruluşunda qırğız ədibi Çingiz Aytmatovun “Əsrə bərbabər gün” romanı əsasında “Manqurt” və Bəhruz Vaqifoğlunun quruluşunda Hüseyn Cavidin “İblis” əsəri əsasında hazırlanmış tamaşalar ilə çıxış edib.

Hər iki əsərin pantomim janrında təqdim olunması emosional təsiri artıran qeyri-verbal ifadə vasitələri ilə tamaşaçıların yaddaşında dərin izlər buraxıb, böyük maraqla qarşılanıb.

Qastrol səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Moldobasanov adına Qırğızıstan Milli Konservatoriyası, Milli Tarix Muzeyi, Aytiev adına Milli Təsviri İncəsənət Muzeyi və İzibaev adına Qırğızıstan Dövlət Sirki ilə tanış olub.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğını baş verdi

Kəmalə Sultan

Vaqnerin təsiri belə oldu

Bugün TV

Fələstinli həkim: Bütün dünya bizə insan kimi baxmalı və İsraili atəşkəsə məcbur etməlidir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu