25 C
Baku
20 İyul 2025, 7:48
Baş xəbərHadisəİdman

Şəhriyar Rəhimov dünyasını dəyişdi

Bugun.tv Fanat.az-a istinadən xəbər verir ki, futbolçu Şəhriyar Rəhimov dünyasını dəyişib.

Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə gedibmiş.

Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il “Səbail”də başa vurmuşdu. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.

34 yaşlı futbolçu “Səbail”dən başqa, Premyer Liqada “İnter”, “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz” və “Zirə” klublarının forma geyib. O, Azərbaycan millisində 9 oyun keçirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Sübhnur Tədris Mərkəzinin yeni ünvanda açılışı keçirildi

Nigar Məmmədova

Rusiyanın Rostov ticarət mərkəzində atışma baş verib

Aynur Camal

Respublika Veteranlar Təşkilatında bir qrup veterana qurumun üzvlük vəsiqəsi təqdim olunub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu