Pakistanlı gənc aktiv, beynəlxalq münasibətlər üzrə şərhçi, Pakistan-Azərbaycan Məzunları Asossiasiyasının prezidenti Qayser Nawab Bugun.tv-yə müsahibə verib. O, ölkəmizə olan sevgisindən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırlıması istiqamətində gördüyü işlərdən və gələcək planlardan danışıb.
– Cənab Qayser Nəwab, Azərbaycana xoş gəlmisiniz! Bu dəfəki səfərinizlə bağlı danışardız.
– Mən Azərbaycanı çox sevirəm. Bura mənim ikinci evimdir. Artıq bir neçə dəfə Bakıda olmuşam. Bu dəfə isə beynəlxalq konfransa dəvətimlə əlaqədar gəldim. Umumilli lider Heydər Əliyevin yubileyinə həsr olunan tədbirdə iştirak etdim. Konfran ADA Universiteti tərəfindən təşkil olundu. 4 gün davam etdi. 31 ölkədən 61 nəfər qatılmışdı. Sonra Şuşaya səfər etdik. Nə xoş ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmək şansımız da oldu.
– Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı gördüyünüz işlər təqdirə layiqdir.
– Bəli, bu mənim sizin ölkəyə olan sevgimdən irəli gəlir. Hər bir azərbaycanlı gördüyüm işlərdən xəbərdardır. Qarabağa, Azərbaycana edilən haqsızlıqları dünyaya tanıtmaqda davam edirəm. Müxtəlif sayda yerli mətbuatda məqalələr yazmışam. Bunlardan biri də, Qarabağ həqiqətləri haqqındadır. Ümumilikdə, Fələstin, Qarabağ və dünya ətrafında baş verən müxtəlif məsələlər üzrə məqalələr yazmışam. Bundan başqa müxtəlif konfranslarda gənclərə Azərbaycanla bağlı məlumat verirəm. Əsas da ermənilərin sizin ölkəyə etdikləri haqsızlıqlar və işğaldan azad edilən ərazilərə qoyduqları minalar haqqında danşıram.
– Şuşaya səfərinizlə bağlı təəsüratlarınızı bölüşərdiz.
-Konfransın nümayəndəliyilə birlikdə Şuşaya səfər etdik. Bu şəhərdəki tarixi yerlərə baş çəkdik. Təmir olunan və yenidən qurulan abidələri ziyarət etdik. Prezident İlham Əliyevlə görüşüb ona suallarımızı ünvanladıq.
– Pakistanla Azərbaycan dostluğunu daha da inkişaf etdirmək üçün qarşıda nə kimi planlarınız var?
– Mən hazırda Pakistan və Azərbaycan Məzunları Asossiasiyasının prezidentiyəm. Biz təşkilat olaraq bu gün Azərbaycanın mədəniyyətini, xəbərlərini gənclərə, tələbələrimizə təbliğ edirik. Eynisini də burada etmək istəyirik. Pakistanın mədəniyyəti, tarixi, adət-ənənləri, mətbəxi, musiqisi və sair sahələrlə tanışlıq məqsədi ilə Azərbaycanda işlər görmək istədik. Bunun üçün sizin kimi təşkilatlarla birgə iş qurmaq əlverişli olardı. Düşünürəm ki, bu ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq. Biz hazırda Çin Respublikası ilə belə bir tanışlıq layihəsinin icrasına başlamışıq. Hətta bunu 3 ölkəni birləşdirib də edə bilərik.
– Sizcə pakistanlı iş adamları Azərbaycanda hansı sahəyə investisya yatırmaqda maraqlıdırlar?
– Azərbaycan bazarı çox açıqıdr. Cənab Prezident İlham Əliyev də pakistanlılar üçün bir ticarət politikası elan etdi. Mənim sahəm təhsillə bağlı olduğu üçün biznesimi bu sahədə inkişaf etdirmək istərdim. Süni intellekt, texnologiya, kənd təssərrüfatı – bunlar dövrün tələbidir. İnvestorlar Azərbaycanda bu sahələrə diqqət göstərsələr, məncə, daha çox uğur qazanarlar.
– Azərbaycana yenidən gəlməyi planlaşdırırsızmı? Növbəti səfərinizdə hansı bölgələrdə olmaq istərdiz?
– Əvvəl də dediyim kimi, Azərbaycan ikinci evimdir. Mən bu ölkəni və xalqı sevirəm. İnsanlarınız çox mehribandırlar. Pakistan da Azərbaycanı dəstəkləyir. Bu ölkənin hər yerində olmaq istərdim. Qobustanda, Şəkidə Xan sarayında, Sumqayıt, Gəncə, Mərdəkanda olmuşam. Digər şəhərlərdə də olmaq arzusundayam. Onu da deməliyəm ki, bəzi yer adları çox oxşardır. Məsələn, Pakistanda mənim şəhərimin adı Sabirabaddır və sizdə də belə bir rayon var.
– Bugun.tv olaraq, bzi də Pakistana səfər edib, o filmlərdə gördüyümüz nağıl kimi rəngarəng, sevgi dolu şəhərlərinizdən reportaj hazırlamaq istərdik.
– Nə zaman istəsəniz, buyura bilərsiniz. Biz buna çox şad olarıq.
– Bizə vaxt ayırdığınız üçün ayrıca təşəkkür edirik.
– Dəvətiniz üçün mən dı sizə minnətdaram! Yaşasın Pakistan-Azərbaycan dostluğu və qardaşlığı!
Müxbir: Qaytən Qasımzadə