7 C
Baku
5 Fevral 2025, 17:53
Baş xəbər

“Azərbaycan heç vaxt icazə verməz ki, onun milli maraqları kimlərsə tərəfindən manipulyasiya edilsin” – Hikmət Babaoğlu

“Qərb mediasının və bəzi Qərb rəsmi dairələrinin bütün məsələləri öz məqsədləri üçün manipulyasiya etməsi artıq ənənə halını alıb”. Bu sözləri açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, biz bilirik ki, bunun Qərbdə özünəməxsus ənənəsi formalaşıb: “Hadisə nə olursa-olsun onu Qərb mediası mənafeyinə uyğunlaşdıraraq dövlətlərarası münasibətlərə, hadisənin baş verdiyi tərəflər arasındakı münasibətlərə bir alət kimi tətbiq edir.

Bu münasibətlərin korlanmasına cəhd edir. Hazırda biz faciədən danışırıq. Azərbaycan təyyarəsinə qarşı tətbiq olunan kənar zərbədən sonra bir faciə yaşanıb. Ancaq bu faciənin məzmunu, mahiyyəti bir kənarda qalır, Qərb faciəni Rusiya-Azərbaycan münasibətlərinin korlanması üçün istifadə etməyə çalışır. Başqa vaxt Azərbaycana qarşı 44 günlük Vətən müharibəsində, 30 illik münaqişə dövründə edilən terrorların, vurulan zərbələrin heç birinə diqqət yetirmədiyi halda birdən-birə təyyarənin vurulması faktının araşdırılması ilə bağlı Azərbaycana yardım təklif edir. Bunun aydınlaşdırılmasında Azərbaycana kömək əlini uzatmağa hazır olduğunu bildirir. Burada yeganə məqsəd hadisəni manipulyasiya edərək Rusiya və Azərbaycan arasında münasibətlərə kölgə salmaqdan ibarətdir. Bu da artıq ifşa olunmuş siyasətdir.

Azərbaycan cəmiyyəti də beynəlxalq, ictimai mühit də bunu dərk edir ki, Qərbin bu yanaşması səmimi deyil. Çalışır ki, məhz bu faciədən istifadə edərək hansısa problem yaratsın, ondan sonra da ən çox sevdiyi metoda əl atsın. Problemin həll olunması üçün hakimlik etsin, özünə səlahiyyət qazansın. Regiona müdaxilə üçün özünə yeni alətlər əldə etmiş olsun. Məsələnin mahiyyəti bundan ibarətdir. Ancaq Azərbaycanda hamı bunun fərqindədir. Azərbaycan heç vaxt icazə verməz ki, onun milli maraqları kimlərsə tərəfindən manipulyasiya edilsin”.

Aynur Camal

Oxşar xəbərlər

Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib

Nigar Məmmədova

Odlu silahdan istifadə edən şəxs saxlanıldı

Kəmalə Sultan

AK Partiyası 22 yaşını qeyd edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu