29 C
Baku
28 İyun 2025, 19:13
Baş xəbər

Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunacaq

  Avqustun 2-si Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramıdır.

Bu əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub.

Ulu öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.

Hər il Azərbaycan Kinosu Günü müxtəlif tədbirlərlə yadda qalır.

Bugun.tv-yə daxil olan məlumata görə, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə *avqustun 2-də saat 17:30-da Nizami Kino Mərkəzində* ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək.

Mədəniyyət xadimlərinin, kino ictimaiyyəti nümayəndələrinin və film həvəskarlarının iştirak edəcəyi tədbirdə əvvəlcə qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilən sərgi ilə tanış olacaq, eksponatlarla kinomuzun tarixinə səyahət edəcəklər.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

TikTok-un taleyi Amerikada “həll edilir”

Aynur Camal

Yaponlar kosmosda sake dəmləmək qərarına gəliblər

Aynur Camal

Ukrayna müharibəsi ilə bağlı tuduğu mövqeyinə görə müğəninin konserti ləğv edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu