7 C
Baku
21 Dekabr 2025, 12:37
Baş xəbər

Azərbaycan könüllüləri növbədənkənar prezident seçkilərini müşahidə edirlər

Bugun.tv xəbər verir ki, Azərbaycan könüllüləri bu gün keçirilən növbədənkənar prezident seçkilərində müşahidəçi olaraq fəaliyyət göstərirlər.

“Report” xəbər verir ki, onlar seçki prosesinə töhfə vermək məqsədilə seçki qanunvericiliyinə uyğun olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqının təmsilçiləri qismində seçkiləri müşahidə edirlər.

Qeyd edək ki, könüllülər Bakı şəhəri və bölgələrdə, həmçinin Azərbaycanın işğaldan azad edilən ərazilərində növbədənkənar prezident seçkilərini müşahidə edirlər.

Xatırladaq ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da mağazadan divara girərək ən azı 10 milyon dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb

Aynur Camal

Qanunsuz mərc əməliyyatı: 2 şübhəli nəzarətə alındı

Aynur Camal

Suyun səviyyəsi 5,5 metr qalxdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu