30 C
Baku
28 İyun 2025, 14:39
İdman

Azərbaycan Kuboku: “Zirə” “Neftçi”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Bugun.tv xəbər verir ki,  ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün birinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Komandalar indiyədək ölkə kuboklarında səkkiz dəfə üz-üzə gəliblər. Bunların üçündə “qartallar”, ikisində “ağ-qaralar” qələbə qazanıblar. Üç oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində isə “Neftçi” üstündür – 8:6. Cavab qarşılaşması dekabrın 20-də baş tutacaq.

Digər görüşdə “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Bölgə təmsilçiləri Azərbaycan Kubokunda 13 dəfə qarşılaşıblar. Bunların altısında “köhlən atlar”, ikisində “qırmızı-qaralar” sevinən tərəf olub, beş dueldə isə heç-heçə qeydə alınıb. Ölkə çempionu topların nisbətində isə aşkar üstünlüyə malikdir – 22:9. Cavab matçı dekabrın 19-da Qəbələdə keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsi

İlk oyunlar
8 dekabr

18:00. “Zirə”-“Neftçi”
“Zirə” İK stadionu

20:30. “Qarabağ”-“Qəbələ”
“Azersun Arena”

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

PSJ-nin keçmiş futbolçusu Messini tənqid etdi

Nigar Məmmədova

Futbol azarkeşləri, şad xəbər! Lionel Messinin oyunu parolsuz yayımlanacaq

Aynur Camal

Rusiya Şahmat Federasiyası Asiya Şahmat Federasiyasına üzv oldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu