11 C
Baku
4 Dekabr 2025, 1:17
Baş xəbərSosial

Azərbaycan Pediatriya Cəmiyyəti IPA-nın üzvlüyünə qəbul olunub

Bugun.tv xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinə üzv seçilib.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov Hindistanın Qandinaqar şəhərində keçirilən 30-cu Beynəlxalq Pediatriya Assosiasiyanın (IPA) konqresində iştirak edib.

Beynəlxalq konqresdə Azərbaycan Pediatriya Cəmiyyəti IPA-nın üzvlüyünə qəbul olunub. Eyni zamanda, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Beynəlxalq Pediatriya Assosiasiyasının ən ali idarəetmə orqanı olan Daimi Komitəyə (Standing Committee) Orta Asiya regionun təmsilçisi olaraq üzv seçilib.

Qeyd edək ki, 1910-cu ildə yaradılmış Beynəlxalq Pediatriya Assosiasiyasının tərkibinə 149 ölkədən olan 164 pediatrik peşə cəmiyyəti daxildir.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bugün TV

Livan BMT Təhlükəsizlik Şurasına şikayət etdi

Aynur Camal

Uşaqlıqdan bəri sevimli müalicə metodumuz işləmir? Həkim izah edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu