27 C
Baku
1 İyun 2025, 12:44
Baş xəbərDünya

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Sinirlioğlunu qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlunu qəbul edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Əliyev Bakıya təmas üçün gələn Sinirlioğlu ilə görüşüb. Əliyev Sinirlioğlunu ATƏT-in baş katibi seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Ermənistanla sülh prosesinə toxunan Əliyev iki ölkə arasında problemlərin həlli üçün yaradılmış və heç bir uğur qazana bilməyən ATƏT-in Minsk Qrupunun artıq buraxılmasının vaxtının çatdığını və Ermənistanın bununla bağlı addımlar atmasını gözlədiklərini vurğulayıb.

Sinirlioğlu Cənubi Qafqazın ATƏT-in gündəmində mühüm regionlardan biri olduğunu deyib və Ermənistan və Azərbaycanı sülh müqaviləsinin mətni üzrə əldə olunan razılığa görə təbrik edib.

Görüşdə Azərbaycan ilə ATƏT arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Qaçaqmalçılıq əməliyyatında 10 nəfər nəzarətə alındı

Teymur Əziz

Təl-Əviv məhkəməsi “Əl-Cəzirə”yə qoyulan qadağanı daha 45 gün uzatdı

Sevinc Sadıqova

147 ədəd tarixi əsər ələ keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu