30 C
Baku
28 İyun 2025, 15:57
Baş xəbərSiyasət

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.

Bugun.tv  xəbər verir ki, söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirildi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı.

Əlaqələrimizin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu, bu xüsusda Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olunub.

Qonaq vurğuladı ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparıldı, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Sinirlioğlunu qəbul etdi

Aynur Camal

Rusiya Kiyevdə yaşayış binasını vurdu

Aynur Camal

Azərbaycan və Gürcüstan: etibarlı qonşuluq və əməkdaşlıq münasibətləri

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu