31 C
Baku
21 İyul 2025, 13:16
Baş xəbər

Azərbaycan, Rusiya Və Ermənistan Prezidentləri Moskvada görüşəcək

Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada görüş keçirəcək.

Nazirlər Şurasının iclasından əvvəl Paşinyan mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və İlham Əliyevlə keçirdiyi üçtərəfli görüşlə bağlı açıqlamalar verib. Qeyd edib ki, iki lider Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi çərçivəsində ölkələrinin qarşılıqlı ərazi bütövlüyü və suverenliyini təsdiqləyiblər.

Qarşıdakı danışıqlara toxunan Paşinyan qeyd edib ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin (APC) Sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun vasitəçiliyi ilə beştərəfli görüş keçiriləcək. Paşinyan bəyan edib ki, Mişelin vasitəçiliyi ilə növbəti üçtərəfli görüş isə iyulda Brüsseldə olacaq.

 

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Aynur Camal

“İsrail haqq işinə dəstək olan ölkələrdəndir”

Aynur Camal

Türkiyə Səhiyyə Nazirliyi Şuşada

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu