19 C
Baku
8 Sentyabr 2024, 4:06
Sosial

Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri BMT-nin Qadınların Statusu Komissiyasının 68-ci sessiyasında iştirak edir

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova və təşkilatın Beynəlxalq əlaqələr departamentinin rəhbəri Nədimə Rəhimli Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən BMT-nin Qadınların Statusu Komissiyasının 68-ci sessiyasında vətəndaş cəmiyyəti nümayəndəsi olaraq təmsil olunurlar.

Qeyd edək ki, Komissiya BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi üzrə ən böyük yığıncağıdır.

Sessiyanın bu ilki əsas mövzusu yoxsulluğun aradan qaldırılması məqsədilə gender bərabərliyinə nail olunması və qadın-qızların səlahiyyətlərinin artırılmasının sürətləndirilməsi, eyni zamanda gender perspektivi baxımından institutların və maliyyələşdirmənin gücləndirilməsidir.
Sessiya işini 11-22 mart tarixlərində davam etdirəcək

Bugün TV

Oxşar xəbərlər

“Prezidentin Qarabağ probleminin həlli istiqamətində fəaliyyəti gözləntilərinizi doğrultdumu?”

Kəmalə Sultan

Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqlar ödəyəcəklər?

Nigar Məmmədova

Məktəb-liseyin şagirdləri qidadan zəhərlənib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu