30 C
Baku
28 İyun 2025, 14:17
Baş xəbər

XİN Paşinyanın əsassız iddialarına cavab verdi – FOTO

Xarici İşlər Nazirliyi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə Paşinyanın əsassız iddialarına cavab verib.

Bugun.tv bildirir ki, Ayxan Hacızadə bu barədə öz “Twitter” hesabında paylaşım edib.

O, bu iddiaları beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq cəhdi kimi qiymətləndirib.

“Cənab baş nazir növbəti dəfə beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradır.

Azərbaycan Silahlı Qüvvələri yalnız hərbi hərəkətlərlə bağlı cavab tədbirləri görüb, nəticədə bir Azərbaycan hərbçisi yaralanıb.

Regionda sabitliyi pozan əsas faktor Ermənistan silahlı qüvvələridir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyəti Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün əməli addımlar atmağa çağırıb. Eyni zamanda Laçın yolunun qeyri-qanuni olaraq bağlandığını, həmçinin ötən gecə Azərbaycanın hücumu nəticəsində dörd hərbçinin öldüyünü və Cənubi Qafqazda sabitliyin pozulması riskinin yüksək olduğunu iddia edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Vladimir Putin: BRİKS-in qapısı yeni üzvlər üçün açıqdır

Aynur Camal

Gəncədə “GreenTech II” Startap və Yaşıl Texnologiyalar müsabiqəsi təşkil edildi

Aynur Camal

Plastik zavodunda yanğın oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu