Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb.
Bugun.tv xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, azyaşlının atası dünyasını dəyişib, ana isə xəstəxanadadır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, həmin əməldə təqsirli bilinən 4 nəfər saxlanılıb. İstintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.
Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.