Hadisə

Azərbaycanda DƏHŞƏT: Vəhşi heyvanlar kişini parçaladı

Oğuz rayonunda meşədə meyit aşkarlanıb.Bugun.tv xəbər verir ki , meyit rayonun Tayıflı kəndindəki meşəlik ərazidə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Bugun.tv -yə bildirib ki, bu gün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən kişinin meyitinin parçalanması müəyyən edilib.

Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.

Bugün TV

Oxşar xəbərlər

İslamabadda cümə namazı zamanı partlayış: azı 15 nəfər öldü

Aynur Camal

Dünya üzrə bir neçə ciddi zəlzələ baş verib

Aynur Camal

13 yaşlı oğlan ailəsini xilas etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu