33 C
Baku
20 İyul 2025, 19:47
Baş xəbər

Azərbaycanda dörd günlük iş rejimi tətbiq edilə bilər? – Açıqlama

Bugun.tv xəbər verir ki, Dubay dövlət qulluqçuları üçün dörd günlük iş həftəsi rejimini sınaqdan keçirəcək.

Dubay Hökumətinin İnsan Resurslarının İdarə Edilməsi Departamenti avqustun 12-dən sentyabrın 30-dək davam edəcək dörd günlük iş rejimi sınağı üçün 15 dövlət qurumu seçib. Bu qurumların işçiləri həftədə dörd gün, gündə isə yeddi saat işləməklə tam maaş alacaqlar.

Bu qərar Azərbaycanda da testdən keçirilə və perspektivdə tətbiq oluna bilərmi?

Məsələ ilə bağlı Bakupost.az -a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Azərbaycan və bir çox dünya ölkələri bu cür eksperimentlər apara bilər. Lakin total şəkildə buna hazırlıq kafi deyil:

“Dörd günlük iş həftəsi rejimini hər yerdə tətbiq etmək mümkün deyil. Dövlət sektorunda isə ümumiyyətlə, mümkünsüzdür. Azərbaycanda bunun tətbiqi ağlabatan görünmür. Amma kimsə istəsə, özəl sektorda belə bir rejimi tətbiq edə bilər. Bunun üçün qanunvericilik məhdudiyyəti yoxdur”.

S.Məmmədovun sözlərinə görə, bəzi Qərb ölkələrində dörd günlük iş rejimi eksperiment səviyyəsində həyata keçirilir:

“Eksperimentlər biznes maraqları və işçilərin istirahət vaxtının genişlənməsi ilə məhdudlaşmır. Burada şirkətin öz gəlirləri də var. Biznesmen işçini beş gün işlədib əldə etdiyi hasilat normasını indi artıqlaması ilə dörd gündə əldə edir. Əvəzində müəssisə tutaq ki, bir gün işləmirsə, enerjiyə və resurslara qənaət etmiş olur. Bu zaman hasilat normasında azalma baş vermir, məhsuldarlıq aşağı düşmür, işçinin əməkhaqqı da olduğu kimi qalır. Beləliklə, hər iki tərəf qazanır”.

Mənbə: Baku.Post

Aynur Camal

Oxşar xəbərlər

HƏMAS İsrailin yeni atəşkəs şərtlərini rədd edir

Aynur Camal

Beyləqan rayonunda daha 3 ədəd odlu silah polisə təhvil verildi

Kəmalə Sultan

“Süni intellekt hələlik insanları əvəz etməyəcək”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu