Baş xəbərDünya

Azərbaycanda niqab QADAĞAN EDİLİR?

Xəbər verdiyimiz kimi, daha bir türk ölkəsində – Qazaxıstanda niqab qadağan edildi. Bəs görəsən Azərbaycanda da belə bir qadağa edilə bilərmi və hansı əsasla?

İlahiyyatçı Tural İrfan Hafta.Az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, İslamda niqab göstərişi yoxdur. Sadəcə qadınların müəyyən qədər örtülü geyinmələri əmr olunur.

İlahiyyatçı vurğulayıb ki, üzü, gözü bağlamaq, tamamilə bürünmək İslama yaddır:

“İsti olduğu üçün Ərəbistan yarımadasının milli geyim formasında niqab olub ki, qadınların üzünü gün yandırmasın. Hazırda isə niqab geyinmək gülüncdür. Heç Peyğəmbərin arvadları niqab taxmayıb. Din adı ilə bəzi cahil mollalar cəmiyyəti geri aparır. Niqaba heç bir ehtiyac yoxdur. Kimdən gizlənir insanlar? Müasir zamandır”.

T.İrfan hesab edir ki, Azərbaycanda niqabdan istifadə edənlər o qədər də çox deyil. Onun sözlərinə görə, bu əsasən bir şüar və başqalarından seçilmək üçündür:

“Həmçinin bığsız uzun saqqal da müəyyən bir qrupun seçilmək üçün, bir-birini tanımaları üçün şüarları, parolları, əlamətləridir. Amma bunun dinə heç bir dəxli yoxdur”.

İlahiyyatçı bildirib ki, lazım gələrsə Azərbaycanda da niqab qadağan oluna bilər. Qeyd edib ki, hərə özündən bir geyim forması qondarıb dinin adına yaza biməz:

“Hicab geyinən geyinir, bu, İslamın qaydalarındandır. Baxmayaraq ki, onu da təhrif ediblər. Lakin dinin qaydaları arasında niqab yoxdur. Qadını çox da belə gizli qalmağa, hətta üzünü də örtməyə məcbur edən adamlar özləri mənfi düşüncədə olanlardır. Özləri başqaları üçün pis düşünürlər, elə güman edirlər ki, başqaları da onlar haqda pis düşünür və qadınları niqaba məcbur edirlər. Zərurət yaranarsa ölkəmizdə də niqab qadağan edilə bilər”.

İlahiyyatçı Tural İrfan

Mənbə: hafta.az

Aynur Camal

Oxşar xəbərlər

Füzuli şəhərinə köçən növbəti 21 ailəyə evlərinin açarları təqdim olunub

Bugün TV

Təyyarəni qaçıran sərnişin əsəb böhranı keçirərək işçilərə hücum edib!

Aynur Camal

ABŞ dövlət katibi Entoni Blinken Tel-Əvivdə İsrail prezidenti İsaak Hersoqla görüşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu