Baş xəbərMədəniyyət

Azərbaycanda özbək mətbəxi həftəsi keçirilir

Özbəkistanın Azərbaycandakı səfirliyi sayca üçüncü “Azərbaycanda özbək mətbəxi həftəsi” festivalını keçirir.

Bugün.tv “Report” a istinadən xəbər verir ki, festival çərçivəsində sentyabrın 10-dan 17-dək müsabiqə keçirilir və final mərhələsi sentyabrın 22-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycanda özbək mətbəxi həftəsi hər il təşkil olnur. Bu festival peşəkar və həvəskar kulinariya mütəxəssisləri, fud-blogerlər, həmçinin feysbuk sosial şəbəkəsində “Azeri Home Chef” qrupunun üzvləri arasında keçirilir.

Müsabiqənin şərtlərinə əsasən, birinci onlayn mərhələdə iştirakçılar özbək yeməkləri hazırlamalı və onun foto və ya videosunu çəkərək feysbuk sosial şəbəkəsində paylaşmalıdırlar.

Aynur Camal

Oxşar xəbərlər

Bu şəhərdə meşə yanğınlarına müdaxilə davam edir

Bugün TV

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir

Aynur Camal

Qanunsuz küçə ticarəti ilə bağlı 20 fakt aşkarlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu