27 C
Baku
28 İyun 2025, 13:10
Baş xəbər

Azərbaycanda yeni dərs ili başlayır

Azərbaycanda Sentyabrın 15-də bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazimizdə – Zəngilan rayonunun Ağalı kəndindədə ilk zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribat zamanı şəhid olanların xatirəsinə hörmət əlaməti olaraq 15 sentyabr – Bilik Günü təntənəli şəkildə qeyd edilməyəcək.

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Xatırladaq ki, 2022-2023-cü tədris ili iyunun 14-də başa çatacaq.

Aynur Camal

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Kəmalə Sultan

Park edilmiş avtomobildə yanğın baş verdi

Bugün TV

Vaqif Poeziya Günləri çərçivəsində “Sözün repressiyası” filmi nümayiş olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu