18 C
Baku
22 Oktyabr 2025, 20:45
Siyasət

Azərbaycanın 8 kəndi geri qaytarılır. – Politoloqdan Şərh

“Azərbaycanın 8 kəndi qeyd-şərtsiz Azərbaycana geri qaytarılmalıdır. Sərhədlərin delimitasiyasından sonra bu məsələnin köklü surətdə həll ediləcəyini düşünürəm”.

Bu sözləri Bugun.tv-ə müsahibəsində politoloq Tural İsmayılov bildirib. O, qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri hələ də işğal altındadır.

“Məsələnin ən təəssüfedici məqamı odur ki, erməni havadarı qismində iştirak edən dövlətlər, beynəlxalq təşkilatlar işğal faktoruna hələ də göz yumur. Qazaxın 7 kəndi və Kərki dərhal Azərbaycana qaytarılmalıdır. Əks halda sülh mümkün deyil. Azərbaycana təzyiq edənlər Qazaxın kəndləri və Kərkinin taleyini düşünmürlər. Biz bütün imkanlardan istifadə edərək bu məsələdə əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kələki kəndi hələ də ermənilərin işğalı altında qalmaqdadır.

 

Oxşar xəbərlər

Blinken: “Amerika Ukraynaya dəstəyini əsirgəmir”

Nigar Məmmədova

Üç liderin Ankarada görüşü olacaqmı?

Aynur Camal

Prezident: “Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır”

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu