33 C
Baku
20 İyul 2025, 19:54
Baş xəbərSosial

Azərbaycanın Türkiyəyə dəstəyi ictimai rəydə

Sosial Tədqiqatlar Mərkəzi Türkiyənin 11 şəhərində humanitar fəlakətlərə yol açmış zəlzələ hadisəsindən irəli gələrək, Azərbaycanda bu kimi fövqəladə hallara qarşı mümkün risklərin, ictimai davranış və mühakimələrin öyrənilməsi, eyni zamanda proqnozlaşdırılması məqsədilə rəy sorğuları keçirib. Sorğu çərçivəsində Türkiyədə baş verən fəlakətin ayrı-ayrı aspektlərinə, o cümlədən Azərbaycan tərəfindən bu istiqamət göstərilən dəstəyə də ictimai münasibət öyrənilib.

Sorğuda iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan xalqının və dövlətinin Türkiyəyə dəstəyini müsbət xarakterizə edib. Belə ki, iştirakçıların 99%-i Azərbaycanın bütün imkanları ilə Türkiyənin yanında olduğunu bildirib. Onların cəmi 1%-i Azərbaycanın Türkiyəyə yetərli dəstək göstərmədiyi mövqeyini bölüşüb.

Sorğunun sahə işi 11 fevral – 14 fevral 2023-cü il tarixində icra olunub. Sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb. Sorğu ölkənin üç böyük şəhərində – Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız bina evlərində yaşayan şəxslər arasında keçirilib.

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən böyük mobil ekranı

Aynur Camal

Beynəlxalq Müşahidəçi Qaiser Nawab Azərbaycanda keçirilən prezident seçkilərində ədalət və ruh yüksəkliyini yüksək qiymətləndirir

Bugün TV

Evdə təbii qaz partlaması: 2 yaralı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu