10 C
Baku
12 Dekabr 2024, 19:55
Baş xəbərKriminal

Azərbaycanlı iş adamının qətlə yetirilməsi ilə bağlı yeni faktlar üzə çıxıb

Bugun.tv xəbər verir ki, Türkiyənin paytaxtında öldürülən azərbaycanlı iş adamı ilə bağlı diqqət çəkən məqamlar üzə çıxıb.

Ankarada fəaliyyət göstərən vəkil Arzuman Azaflının sözlərinə görə, azərbaycanlı iş adamı Şamil Xalid onu qətlə yetirən Türkiyəli şəriki Ahmet Dikbaşla tütün satışı ilə məşğul olublar. İddiaya görə, A.Dikbaş, eyni zamanda gizli yolla narkotik vasitə də satırmış. “Sonra türkiyəli iş adamı Şamil Xalidə onun hissələrini almaq istədiyini bildirib. O isə buna etiraz edərək, hissələrini satmaq istəmədiyini söyləyib. Qarşı tərəf “ya mənimlə razılaşacaqsan, ya da buranı bütöv şəkildə başqalarına satacağıq”,- deyib. Azərbaycanlı iş adamı isə “özümüz işlədirik, yaxşı da pul qazanırıq. Niyə sataq ki?”,- söyləyərək, türk şərikinin bu fikirlərini qəbul etməyib”,- vəkil A.Azaflı belə deyib.

Beləliklə, tərəflər arasında anlaşma olmadığından məsələ ciddiləşib, böyük mübahisəyə səbəb olub. Bu zaman Ahmet Dikbaş Şamil Xalidi silahdan açdığı atəşlə  bir dəfə vurub. O isə yaralı vəziyyətdə qaçmağa başlayıb. Taksi dayanacağına çatanda isə ürəyindən aldığı güllə yarasından dünyasını dəyişib.

Hadisəni törətməkdə təqsili bilinən A.Dikbaş isə həbs edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

E-sistem vasitəsilə xidmətlər göstərilir

Aynur Camal

Dələduzluq əməllərinin sayı artıb

Aynur Camal

“Diplomatik münasibətlərin 30 illiyi qarşılıqlı hörmətə və etimada əsaslanır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu