30 C
Baku
27 İyul 2025, 20:29
Baş xəbərSosial

Azərbaycanlı qızlar dünyanın ən yaxşı universitetinə qəbul olunub

Azərbaycanlı şagirdlər Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alıb.

Bugun.tv xəbər verir ki, bu barədə Elm və təhsil nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva riyaziyyat fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadalar qalibi olub. Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi olan Dəniz Səttarlı da kimya fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadalarında qələbə qazanıb.

Şagirdlərimizi təbrik edir və onlara uğurlar arzulayırıq.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda qızına əxlaqsız videolar göndərən ataya hökm oxundu!

Bugün TV

İçərişəhərdə “Sehrli Qala” festivalı çərçivəsində yarmarka keçirilir.

Şükufə Ramizqızı

Sərnişin avtobusunda yanğın oldu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu