Baş xəbərDünya

Azərbaycan Almaniyanın yeni hökumətini Xocalını “soyqırım” kimi tanımağa çağırır

Azərbaycanın Berlindəki səfiri Nəsimi Ağayev Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırım” kimi tanımağa çağırıb.

Səfir qətliamın 33-cü ildönümü ilə bağlı Almaniya mətbuatına verdiyi açıqlamada “Avropanın aparıcı demokratik dövləti kimi Almaniyanın tarixi cinayətlərlə mübarizədə xüsusi məsuliyyəti var. Ümid edirəm ki, Almaniyanın yeni hökuməti Xocalını nəinki soyqırım kimi tanıyacaq, həm də beynəlxalq miqyasda yenidən qiymətləndirilməsi üçün fəal iş aparacaq” deyib.

Ağayev Xocalı qətliamına səssiz qalmağın variant olmadığını bildirərək, “Xocalıya ədalət təkcə azərbaycanlıların tələbi deyil, ümumbəşəri humanitar məsələdir” deyə bildirilib.

1992-ci il fevralın 26-da Dağlıq Qarabağın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən 613 nəfər, o cümlədən uşaq və qadınlar qətlə yetirilib.

Əvvəllər 7 min insanın yaşadığı Xocalıda 106 qadın, 70 qoca və 63 uşaq olmaqla 613 müdafiəsiz Azərbaycan vətəndaşı həyatını itirdi. Qırğından 487 nəfər ağır yaralarla sağ qalıb. Erməni qüvvələri 1275 nəfəri əsir götürüb, onlardan 150-dən xəbər yoxdur.

Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda baş verənlər müharibə cinayətlərinə və ya insanlığa qarşı cinayətlərə bərabər olan əməllər kimi qiymətləndirilib.

Bu günədək 15 ölkənin parlamenti və ABŞ-ın 16 ştatının parlamenti Xocalı hadisələrini pisləyən və soyqırım kimi qiymətləndirən qətnamələr qəbul edib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

5 ştatda tornado baş verdi

Nigar Məmmədova

Proqramçı peşəsinə yiyələnmək istəyənlərə əhatəli yol xəritəsi – Kərim Tahiroğlu

Teymur Əziz

Sörfinq öldürür! Gənclərin bu çılğınlığına heç nə mane olmur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu