6 C
Baku
21 Dekabr 2025, 6:53
Digər

“Azərbaycan Avropa ilə əməkdaşlığı inkişaf etdirməlidir”

“Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməli və öz xarici siyasətini bu istiqamətdə qurmalıdır. ABŞ etibarlı və etimad ediləcək ölkə statusunu itirir. Bu Gürcüstan və Ukrayna nümunəsində özünü göstərdi. Rusiya və Çin ekspionist və işğalçı siyasətlərə malikdir. Qonşularla normal əməkdaşlıq deyil, vassal siyasətinə üstünlük verirlər” – deyə siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşım edib.

O həmçinin şərhində vurğulayıb ki, Avropa ittifaqı və başda Böyük Britaniya olmaqla yeni dünya siyasi nizamında mövqelərini möhkəmləndirmək istiqamətində ardıcıl siyasət aparırlar. Demək olar ki, Rusiya-Ukrayna müharibəsində ABŞ -Rusiya sövdələşməsinin qarşısını Avropa alır.

Qeyd edim ki, Almaniya artıq 50 milyard dollardan artıq hərbi paket qəbul edib. Həmçinin Böyük Britaniya və ardınca digər Avropa ölkələri də eyni qərarlar qəbul edirlər. Avropa üçün əsas dəyər olan demokratiyanın da qorunması və inkişaf etdirilməsi əsas prioritet kimi də qəbul edilib. Bunu Almaniyanın kansleri F. Merts D. Trampa cavab olaraq qeyd edib.

D.Trampdan sonra, ABŞ-ın Zəngəzur dəhlizinə marağı zəifləyə bilər. Daha çox bu dəhlizə maraqlı əsas tərəf Avropa İttifaqı olacaq. Böyük Britaniya -Avropa İttifaqı, Türkiyə -Cənubi Qafqaz və Mərkəzi Asiya xətti inkişaf edəcək. Azərbaycan Cənubi Qafqazda yeni siyasi nizam yaradıb. Həmçinin Mərkəzi Asiya ölkələri bu region üzərindən Qərblə əlaqələr qurur. Bu da regionda yeni siyasi transformasiyadır.

Aynur Camal

Oxşar xəbərlər

Alimlər Antarktidada iqlim dəyişikliyinin ciddi nəticələri barədə xəbərdarlıq edirlər

Bugün TV

Emmanuel Macron-un rəsmi səfəri: Pekinlə ticarət və geosiyasi müzakirələrə çağırış

Aynur Camal

Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu