Baş xəbərDünya

Azərbaycan: Biz Ermənistanla sülh sazişinin maddələrini razılaşdırdıq

Azərbaycanın xarici işlər naziri Bayramov Ermənistanla sülh sazişi mətninin bütün maddələri üzrə razılığa gəldiklərini açıqlayıb. Nazir Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlama verib.

Ermənistanla sülh prosesinə toxunan V.Bayramov məlumat paylaşıb: “Sülh sazişinin mətni ilə bağlı danışıqlar başa çatıb. Razılaşdırılmamış 2 bənd qalıb. Ermənistan bu 2 bənd üzrə Azərbaycanın təkliflərini qəbul edib. Mətn üzərində iş başa çatıb”.

V.Bayramov bildirib ki, onların növbəti gözləntiləri Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd olan maddələrin götürülməsidir.

Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin sülh üçün zəruri şərtlərdən biri olduğunu vurğulayan V.Bayramov ATƏT-in Misnk Qrupuna da son qoyulmalı olduğunu bəyan edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

B.Həsənzadə:”Xüsusilə Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynadı:

Nigar Məmmədova

Ukrayna parlamentindən ABŞ prezidenti Trampa müraciət

Aynur Camal

Amerikalı müğənni Keti Perri kosmosa səyahətə çıxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu