14 C
Baku
16 Noyabr 2025, 6:52
Baş xəbər

Azərbaycan bu gün Dövlət Bayrağı Gününü qeyd edir

Bu gün, 9 noyabr tarixində, Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd olunur. Üçrəngli bayrağımız – mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan müqəddəs rəmz xalqımızın milli birliyini, müstəqilliyini və dövlətçiliyini ifadə edir. Bayrağımız ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunub və 1990-cı ildən etibarən müasir müstəqil Azərbaycanın dövlət rəmzi kimi dalğalanmaqdadır.

Bugun.tv– xəbər verir ki, bu əlamətdar gün münasibətilə ölkənin müxtəlif bölgələrində tədbirlər, yürüşlər və bayraq aksiyaları keçirilir.

Paytaxt Bakıda və regionlarda ucaldılan üçrəngli bayraqlar bir daha Azərbaycan xalqının azadlıq, birlik və vətənpərvərlik ruhunu nümayiş etdirir. Həmçinin Dövlət qurumları, təhsil müəssisələri və ictimai təşkilatlar tərəfindən gənclər arasında bayrağımıza sevgi və hörmət hissinin aşılanmasına yönəlik layihələr həyata keçirilir.

Bayraq Günü həm də Azərbaycan müstəqillik uğrunda apardığı mübarizənin rəmzi kimi dəyərləndirilir. Bu gün hər bir vətəndaşımız üçün qürur, birlik və milli kimliyin təntənəsi günüdür. Azərbaycan bayrağı bu gün yalnız ölkəmizdə deyil, həm də beynəlxalq arenada xalqımızın qürur simvolu kimi dalğalanır.

Bir kərə yüksələn bayraq bir daha enməz!

Aynur Camal

Oxşar xəbərlər

9 narkotik satıcısı həbs edildi

Bugün TV

Tanınmış aktyor pəhrizlə 22 kilo arıqladı! Görənlər şok oldu! – FOTO

Aynur Camal

Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu