15 C
Baku
16 Oktyabr 2025, 7:49
Baş xəbərSosial

Azərbaycan dili – müstəqil və suveren dövlətimizin Ana dili

“Azərbaycan dili xalqımızın tarixini, mədəniyyətini və mənəviyyatını əks etdirən ən mühüm milli dəyərlərdən biridir. Müstəqillik əldə olunduqdan sonra Azərbaycan dili ölkəmizin ictimai, siyasi, mədəni və təhsil sahələrində istifadə olunmağa başlamış və onun dövlət dili kimi qorunması və inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir”- bu barədə Bugun.tv xəbər verir ki, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayilzadə qeyd edib.

Millət vəkili həmçinin vurğulayıb ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ana dilimizin hüquqi statusunun möhkəmləndirilməsi üçün vacib addımlar atılmışdır. Belə ki, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.

Dil və əlifba məsələsi Ümummilli liderin dövlətçilik siyasətində xüsusi yer tuturdu. 2001-ci il 9 avqust tarixində imzalanmış fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis olunmuşdur. Bu qərar ana dilinə verilən yüksək dəyərin və milli-mədəni irsə olan həssas münasibətin bariz nümunəsidir.

Bu gün Azərbaycan dili müasir, zəngin və dinamik şəkildə inkişaf edən bir dildir. O, xalqımızın kimliyini və dövlətimizin suverenliyini ifadə edir. Dilin saflığının qorunması, ədəbi dil qaydalarına riayət olunması və gənc nəslin ana dilinə düzgün yiyələnməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər görülür.

Qürurverici haldır ki, bu gün Azərbaycan dili ölkəmizin bütün bölgələrində azad və sərbəst şəkildə danışılır. Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ üzərində tarixi Zəfərdən sonra Azərbaycan dili artıq yalnız hüquqi baxımdan deyil, faktiki olaraq da bütöv və suveren Azərbaycanın vahid rəsmi dili kimi istifadə olunur. Bu, təkcə dilimizin gücünü deyil, həm də milli birliyimizin və müstəqil dövlətimizin tarixi zəfərini əks etdirir.

Azərbaycan əlifbası və Azərbaycan dili günümüz mübarək!”.

Fariz İsmayilzadə

Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

İki avtomobil toqquşub: 1 nəfər öldü, 4 nəfər yaralandı

Aynur Əfəndi Zadə

Husilər Qırmızı dənizə doğru iki raket atdılar

İntizar Əmirova

Göbələk yeyən ana və qızı xəstəxanaya yerləşdirildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu