33 C
Baku
20 İyul 2025, 19:50
Baş xəbərİdman

Azərbaycan dost Səudiyyə Ərəbistanının DÇ-2034-ə evsahibliyi etmək təklifini dəstəkləyir

Bugun.tv xəbər verir ki, Azərbaycan dost Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına evsahibliyi etmək təklifini dəstəkləyir.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” səhifəsində paylaşım edib.

Bildirilib ki, adı çəkilən ölkənin mundialı qəbul etmək üçün kifayət qədər təcrübəsi var: “İnanırıq ki, dünya çempionatı Səudiyyə Ərəbistanında dünya səviyyəli turnir olacaq. Çünki dost ölkə çoxsaylı turnirlərə evsahibliyi edib və onların futbola köklü həvəsləri var”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ölkəsinin DÇ-2034-ü qəbul etmək istədiyini açıqlayıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

QHT Sədri  Müşahidə Şurasının və Agentliyin işini müsbət dəyərləndirdi

Bugün TV

Ölənlərin sayı 41 min 455-ə yüksəldi

Aynur Camal

Maşın dayanmış avtomobilə çırpılaraq tərs çevrildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu