17 C
Baku
27 Oktyabr 2025, 2:49
Baş xəbərDünya

“Azərbaycan-Ermənistan həlli Rusiya ilə üçtərəfli bəyanatlara əsaslanmalıdır”

“Azərbaycan və Ermənistan arasında problemin həllinə yardımı alqışlayacaqlar, lakin bu, Rusiya ilə imzalanmış üçtərəfli bəyannamələrə əsaslanmalıdır”.

Bugun.tv xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitriy Peskov Cənubi Qafqazdakı məsələ – Azərbaycan və Ermənistan rəsmilərinin ABŞ tərəfi ilə görüşü ilə bağlı sualları cavablandırarkən belə deyib.

Rusiyanın Azərbaycan və Ermənistanla imzaladığı bəyannamələrdən başqa Azərbaycan və Ermənistan arasında barışığa töhfə verəcək başqa hüquqi əsasın olmadığına diqqət çəkən Peskov, hələlik bu sənədlərə alternativin olmadığını diqqətə çatdırıb.

“İki ölkə arasında mövcud problemlərin həllinə və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı ilk növbədə Rusiya ilə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür”, – Peskov bildirib.

ABŞ dövlət katibi Antoni Blinkenin azərbaycanlı və erməni həmkarı ilə görüşünə gəlincə, Peskov münaqişənin həlli istiqamətində istənilən yardımın müsbət qarşılanacağını bildirib.

“Lakin biz yaxşı bilirik ki, bu konsensusun əsasını sulandırmaq üçün müxtəlif cəhdlər var ki, bu da uzunmüddətli perspektivdə heç bir nəticə verməyəcək”, – deyə o əlavə edib.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

O, telefon üçün az qala həyatından olurdu!

Aynur Camal

BMT tərəfindən Kipr üzrə şəxsi nümayəndə təyin edildi

İntizar Əmirova

Yasamal rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu