20 C
Baku
1 İyun 2025, 22:05
Sosial

“Azərbaycan etibarlı strateji tərəfdaşdır”

“Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı vacib yer tutur. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 20-də Macarıstana işgüzar səfəri ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Cənab Prezident İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orbanın görüşündə Azərbaycan ilə Macarıstan arasında müxtəlif sahələrdə, xüsusilə enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Mətbuata bəyanat zamanı dövlətimizin başçısının dediyi kimi, biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Ölkəmiz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər.

Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir”.

Millət vəkili Fatma Yıldırım

Aynur Camal

Oxşar xəbərlər

Növbəti tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu başlayır

Aynur Camal

Mütəxəssislər tərəfindən dördgünlük təlim proqramı keçirilib

Aynur Camal

“İşığa aşiq ömür”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu