8 C
Baku
21 Dekabr 2025, 17:57
Siyasət

Azərbaycan Fransa şirkətlərinin ölkədən çıxarılmasını tələb etdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatına qarşı bəyannamə qəbul edib. Bəyanatda Fransa Senatının erməni lobbisinin və siyasətçilərin təhriki ilə Azərbaycana qarşı qərəzli, əsassız qərar qəbul etdiyi bildirilib.

“Fransa rəsmilərinin Azərbaycandakı bütün aktivləri aşkar edilərsə, dondurulmalıdır”.

Yelisey sarayının bilavasitə göstərişi ilə Fransada son illər anti-Azərbaycan fəaliyyətlərinin artdığı görülür. Fransa beynəlxalq hüququn normalarına açıq-aşkar hörmətsizlik edərək Azərbaycana qarşı ədalətsiz addımlar atdığı bildirilib. Ən aşağı səviyyəyə endiyi, demək olar dayandığı qeyd edildi.

Fransanın törətdiyi soyqırımlardan, müstəmləkəçilik siyasətindən nümunələrin göstərildiyi bəyannamədə Azərbaycan hökumətinin Fransaya qarşı sanksiyalar tətbiq etməli olduğu, Fransa rəsmilərinin Azərbaycandakı bütün mal-dövlətləri aşkar olunarsa, onların dondurulması, bütün iqtisadi əlaqələri qeyd edilib. Fransa ilə əlaqələr dayandırılmalıdır. “Total” da daxil olmaqla bütün fransız şirkətləri Azərbaycandan çıxarılmalıdır. Fransız şirkətlərinin Azərbaycanda həyata keçirilən hər hansı dövlət layihəsində iştirakına icazə verilməməlidir.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“Təcili: Laçın yolu ordumuzun nəzarətinə götürülməlidir!”- VİDEO

Aynur Camal

Sosial tərəqqi Prezident İlham Əliyevin fəaliyyətində başlıca prioritetlərdən birini təşkil edir

Bugün TV

Məktəb söhbətləri MAX messencerinə köçürüləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu