4 C
Baku
14 Dekabr 2025, 20:47
Baş xəbərSiyasət

“Azərbaycan heç bir halda kiminsə kefinə uyğun siyasi qərar vermir!”

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov Bugun.tv-yə verdiyi müsahibəsində Ermənistanın xəbis mövqeyini davam etdirdiyini bildirdi:

“Mirzoyanın sonuncu açıqlaması Ermənistanın sülh və etimad mühitinin nə qədər təhlükəli bir tendensiya formalaşdırdığını ortaya qoydu. Bu gündə Ermənistanın Azərbaycana təklif etdiyi sülh çağırışlarına sözdə əməl etsədə reallıqda prosesin daha da dalana dirənməsinə səbəb olur. Mirzoyan yenədə heç bir ixtiyarı olmadan Azərbaycanın əraziləri ilə bağlı dırnaqarası mövqeyini ifadə edib. Maraqlı tendensiya odur ki, bu gün Ermənistan Zəngəzurda dəhlizin olmasına qarşı çıxır və öz nəzarət məntəqələrinin olmasından danışır. Həmçinin Azərbaycanın beynəlxalq aləmdə hüquqi ərazisi olan Laçında sərhəd buraxılış məntəqələrinin qurulması prosesini sabotaj edir. Hətta bütün dünya gördüyü kimi, Ermənistan Rusiya tərəfindən müharibə etməyə təhrik edilir. Lakin bilirik ki, bu ölkənin müharibə etməyə hazırda heç bir potensialı yoxdur. Münxen Təhlükəsizlik Konfransından və Aİ misiyası adı altında Ermənistanın casus şəbəkələrinə daxil olmasından bir gün sonra həm Ermənistandan Azərbaycana, həmdə Qarabağdakı separatçı terrorçular hansıki Rusiyanın istifadə etdiyi ərazilərmizdədirlər, onlar tərəfindən Ölkəmizə silah tuşlandı”.

Aynur Camal

Oxşar xəbərlər

BƏƏ prezidenti Ərdoğana başsağlığı verdi

Aynur Camal

Fikirləri real vaxtda danışıq sözlərinə çevirə bilən cihaz hazırlandı

Aynur Camal

Mayın 4-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu