28 C
Baku
10 Sentyabr 2025, 13:50
Baş xəbərSosial

Azərbaycan HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir – VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

Bu barədə Bugun.tv-yə Müdafiə Nazirliyindən xəbər verilib.

Bildirib ki, uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur.

Aynur Camal

Oxşar xəbərlər

Şəhid ailələri və müharibə iştirakçılarına dövlətdən dəstək – FOTO/VIDEO

Bugün TV

Beyrutun mərkəzində 2 partlayış baş verib

Aynur Camal

Deputat Məzahir Əfəndiyevin məqaləsi Avropa məbuatında

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu