14 C
Baku
22 Noyabr 2024, 4:40
Baş xəbərSiyasət

“Azərbaycan İranla münasibətlərin normallaşmasında maraqldır, ancaq…”

“Məlum olduğu kimi, Azərbaycan-İran münasibətlərinin normallaşması üçün hər iki ölkə Xarici İşlər Nazirliyi arasında bir neçə dəfə telefon danışığı olub. Azərbaycan İranla münasibətlərinin normallaşmasında həqiqətən də maraqlıdır. Azərbaycan bununla bağlı fikirlərini dəfələrlə ifadə edib və real addımlar atıb və bunu İran tərəfindən də hər zaman gözləyib. Hər birimiz Prezident Əliyevin Vətən Müharibəsində qələbədən sonra Cəbrayıla səfər zamanı əlini sərhədə və Xudafərin körpülərinə tərəf uzadaraq bu körpülərin dostluq körpüsü adlandırdığını yaxşı xatırlayırıq”.

Bugun.tv xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında qeyd edib.

“Ancaq münasibətlərin normallaşması üçün İran tərəfinin də üzərinə ciddi vəzifələr düşür. Təəssüflə qeyd etmək lazımdır ki, danışıqların və müzakirələrin getdiyi bir vaxtda İranda oturaraq Azərbaycan əleyhinə davamlı təbliğat aparan, Azərbaycanı təhdid edən “Hüseyniyyun” qrupunun ölkəmizə qarşı təxribatı Prezident İlham Əliyevə qarşı hədyan və təhqirləri, Kərimə dövlətinin qurulması, Azərbaycan hakimiyyətinə qarşı çıxmaqla bağlı çağırışları davam edir. Bu məqsədlə hər gün çoxlu sayda videolar hazırlanaraq sosial şəbəkələrdə müxtəlif profil, səhifə və qruplar tərəfindən tirajlanır. Bu videolar deyərdim son günlər daha da kəskin xarakter alıb”- C.Məmmədov bildirib.

“İran münasibətlərin normallaşmasını istəyirsə bu cür çağırış və qrupların qarşısını almalıdır. Həmin qrupların müstəqil olmadığı, kimin tərəfindən maliyələşdirildiyi hər kəsə məlumdur. Azərbaycanla münasibətlərin normallaşmasını istəyən İran tərəfi bu cür təbliğat və təxribatlara son qoymalıdır. Bu dostluq və normal qonşuluq münasibətlərinin ruhuna tamamilə zidd fəaliyyətdir.

Əgər İran düşünürsə, bir tərəfdən Xarici İşlər Nazirliyi tərəfindən münasibətlərin normallaşması ilə bağlı Azərbaycana mesaj verəcək, digər tərəfdən ölkəmizə qarşı emissarları, və maliyələşdirdiyi qruplar vasitəsilə təbliğat və təxribatlarını davam etdirəcək o zaman münasibətlərin yaxşılaşması çətin olacaq. Münasibətlərin normallaşması ilə bağlı çağırışlar özünü həm də real addımlarda göstərməlidir. İranda təhsil alan Azərbaycanlılar tərəfindən yaradılmış İranın dəstəklədiyi qrupların ölkəmizə qarşı təxribat və çağırışlarının qarşısı ən qısa vaxtda mütləq alınmalıdır. Onlar hələ də dindar Azərbaycan vətəndaşlarının beynini zəhərləməkdə və fikirlərini çaşdırmaqda davam edirlər. Başqa cür münasibətlərin normallaşması çətin görsənir. Problemlərin həlli imitasiyadan deyil, real addımlardan keçir. İnanmaq istəyirik ki, İran tərəfi bunu anlayaraq real addımlar atacaq”- deputat vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

54 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Bugün TV

“Sözümüz namusumuzdur və biz sözümüzü hər zaman tutarıq”!

Aynur Camal

Ukraynada müharibə davam edir-VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu